Misirin Sinay yarımadasında 3 nəfər iki partlayışın qurbanı olub. Bu barədə baki-xeber.com RİA”Novosti”yə istinadən xəbər verir.
İnsident Sinayın Əl-Əriş şəhərində oteldə baş verib. Xəbərə görə, burada parlament seçkilərinin gedişini izləyən hakimlər qalırmış. Həlak olanlardan birinin polis məmuru olduğu bildirilir. Bundan əlavə 12 nəfərin də yaralandığı bildirilir ki, onlardan da 9 nəfəri polisdir.
Xatırladaq ki, Sinay yarımadası daha öncə səmasında Rusiya təyyarəsinin vurulması ilə gündəmə gəlmişdi və burada "islam dövləti” terrorçu təşkilatının aktiv olduğu bildirilir.