Avropa Şurasının başçısı Donald Tusk bəyan edib ki, Avropa İttifaqı və Türkiyə liderlərinin miqrant böhranı və Aİ - Türkiyə münasibətlərinin daha da yaxşılaşması ilə bağlı görüşü 29 noyabrda Brüsseldə baş tutacaq. Bu barədə baki-xeber.com gazeta.ru saytına istinadən xəbər verir.
"Mən Aİ – Türkiyə Sammitini bazar günü – 29 noyabr saat 16:00-a təyin etdim. Məqsəd münasibətlərimizə yeni impuls vermək və miqrant axınının məhdudlaşdırılması yollarını aramaqdır - deyə Tusk özünün tvitter səhifəsində yazıb. Onun sözlərinə görə, "Bu barədə qərar Avrokomissiyanın tövsiyəsindən sonra Türkiyə baş naziri Əhməd Davudoğlu ilə telefon danışığımızın ardından qəbul olunub”.
Daha öncə isə Yunanıstanın baş naziri Aleksis Tsipras ölkəsi ilə Türkiyənin miqrantların Yunanıstan adaları və Türkiyə ərazisində keçməklə Avropaya qanunsuz axınının qarşısını almalı olduğunu bildirmişdi.