Xəbər verildiyi kimi, Rusiya prezidenti Vladimir Putin rəsmi səfərlə İrandadır. Bu ölkənin Ali dini lideri Ayətullah Xamneyi ilə görüşündə Putin Suriya konfliktində ölkəsinin rolundan danışıb. Baki-xeber.com-un xəbərinə görə, "Heç kəs Suriya xalqına kənardan necə yaşamalı olduğunu diqtə edə bilməz, idarəetmə formasını o özü müəyyən etməlidir” – deyən Putin konfliktin çözüləcəyinə əminliyini bildirib. Daha sonra Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovla görüşən Rusiya prezidenti teraktların səbəbkarları cəzasına çatmayınca Xəzər üzərində hava məkanının "İslam dövləti” ilə mübarizədə istifadə edilməsinin davam edəcəyini bildirib.