Suraxanı Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birgə fərdi jurnalist yazıları müsabiqəsi elan edib.
Baki-xeber.com xəbər verir ki, müsabiqənin məqsədi Suraxanı rayonunun sosial-iqtisadi və ictimai həyatındakı proseslərin ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaq. Müsabiqənin mövzusu "Suraxanı rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər" adlanır.
Yazıların qəbulu 24 noyabr 2015-ci il tarixdə başlayıb, 15 yanvar 2016-cı il tarixdə başa çatacaq.
Müsabiqəyə təqdim olunmuş yazı qalibləri mükafatlandırılacaq. Birinci yer (bir nəfər) min, ikinci yer (iki nəfər) 800, üçüncü yerin qalibinə isə (üç nəfər) 600 manat mükafat nəzərdə tutulur.
Bundan başqa, 10 yazı müəllifinə (200 AZN) həvəsləndirici mükafatlar veriləcəkdir.
Qaliblər, həmçinin Suraxanı Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xüsusi diplomu ilə təltif olunacaqlar.