ABŞ prezidenti postuna iddiaçı milyarder Donald Tramp Birləşmiş Ştatlarda yaşayan müsəlmanların məlumat bazasının yaradılmasının zəruriliyini bəyan edib. Bu barədə baki-xeber.com-a utro.ru saytından bəlli olub.
"Mən, əlbəttə, bunu edərdim” – deyən Tramp hətta onların izlənməsini də tətbiq edəcəyini istisna etməyib. Prezident kürsüsünə digər namizəd, respublikaçı Ben Karsen isə daha irəli gedərək, Yaxın Şərqdən gələn qaçqınların Amerika üçün "quduz it” qədər təhlükəli olduğunu bildirib.