İŞİD Əl-Ənbərdə daha 5 nəfəri "İraq ordusuna şpionajda” təqsirli bilərək edam edib. Bu barədə baki-xeber.com Anadolu Agentliyinə istinadən xəbər verir.
Əl-Ənbər icmasının aparıcı şeyxlərindən biri Necm əd-Deyləmi Agentliyə bildirib ki, İŞİD-çilər Əl-Kaim rayonundan oğurladıqları 5 nəfəri İraq ordusuna kömək etməkdə suçlayaraq qətlə yetirib. Mənbənin sözlərinə görə, İŞİD vaxtaşırı yerli sakinləri beynəlxalq koalisiya qüvvələrinə yardım ittihamları ilə edam edir.