Bosniya-Herseqovinanın Sarayevi şəhərində avtomatla silahlanmış Enes Omeraciç bukmeker məntəqəsində atışma çıxarıb. Baki-xeber.com-un utro.ru saytına istinadən xəbərinə görə, yaxınlıqdakı hərbi hissənin əsgərləri olaya müdaxilə edərək onu durdurmağa çalışıb. Lakin onlardan iki nəfəri atəşin qurbanı olub. Polisin məlumatına görə, qaçmağa çalışan cinayətkar yoldan keçən avtobusa da atəş açıb, nəticədə sürücü və iki sərnişin yaralanıb. Polis komissarı daha sonra açıqlamasında cinayətkarın saxlandığı yeri müəyyən edərək mühasirəyə aldıqlarını, bu zaman atəş səsi eşitdiklərini, daxil olduqda isə onun artıq öldüyünü gördüklərini bildirib. Hazırda istintaq onun hansı təşkilata bağlı olduğunu araşdırır. Qonsuları isə bildirib ki, Omeraciç son vaxtlar İslamın ultra mühafizəkar sələfi qoluna xidmət edirmiş.
"Silahlı qüvvələrə atəş açmaq Bosniya-Herseqovinaya atəş açmaq deməkdir” – deyən Baş naziri Denis Zvizdiç ölkədə təhlükəsizlik tədbirlərinin gücləndirildiyini bildirib.