Küveyt hökuməti "İslam dövləti” terrorçu təşkilatına maliyyə yardımı edın ekstremist qrupu aşkarlayıb. Bu barədə baki-xeber.com-a RİA "Novosti” agentliyindən bəlli olub.
Xəbərə görə, qrupa 5 Suriya vətəndaşı, 1 misirli, 1 avstraliyalı və 1 yerli sakin daxildir. Qrupun, maliyyədən əlavə, İŞİD-ə silah-sursatla da yardım etdiyi ortaya çıxıb. Daha öncə verilən xəbərə görə isə, İŞİD-in ayrı bir bölümü kimyəvi silah hazırlanması ilə məşğul olur.