Avstraliyanın elburn şəhərində "Avstraliyanın müsəlman partiyası” adlı partiya təsis olunub. Bu barədə baki-xeber.com-a Anadolu Agentliyindən bəlli olub.
Partiyanın qurucusu Duaa Muhammed bəyan edib ki, müsəlmanların səsi ictimaiyyətdə kifayət qədər eşidilmir, o üzdən də təşkilatlanaraq yeni partiya yaratmağı zəruri sayıblar. Muhammed deyib ki, yeni partiya Avstraliyanın siyasi həyatında müsəlmanların platforması kimi önəmli rol oynayacaq. "Partiyanın yaradılmasının digər səbəbi isə İslama qarşı artan siyasi fəallıqla mübarizə aparmaqdır. Hazırda İslama qarşı partiyalar yaradılır, biz də cavab addımı atmağa qərar verdik” – deyə Muhammed bildirib.
Qeyd edək ki, hazırda Avstraliyada 6 anti-İslam partiyası fəaliyyət göstərir. Onlar tez-tez aksiyalar keirərək olkədə məscidlərin bağlanmasına çağırışlar edir.