San-Fransiskodan olan mühəndis xanımın akkauntu Facebook tərəfindən blok olunub. Buna səbəb onun adının Aysis (İsis) olmasıdır. Bu barədə baki-xeber.com gazeta.ru saytına istinadən xəbər verir.
Məsələ burasındadır ki, dünyanı təhlükə qarşısında qoyan "İslam dövləti” terrorçu qruplaşmasinin adı ərəbcə abbreviaturada bu şəkildə yazıldığından (ISIS — Islamic State of Iraq and al-Sham) anlaşılmazlıq yaşanıb. Aysis Ançali özünün tvitter səhifəsində yazıb ki, bu anlaşılmazlığı aradan qaldırmaq üçün pasport şəklini sübut kimi kompaniyaya göndərməli olub. Yalnız bundan sonra Facebook Aysisdən üzr istəyərək akkauntun bərpa olunacağını bildirib.
Qeyd edək ki, İsis əslində Misir ilahəsi İsidanın adının dəyişilmiş formasıdır və dünyada bu adda bir çox abidə var.