ABŞ tərəfi Rusiyanın Suriyadakı səfirliyinə atəş açılması olayını şərh etməyib. Dövlət Departamentinin rəsmisi Con Kirbi bu barədə heç bir açıqlama verə bilməyəcəyini deyib. Suriyada Rusiya təyyarələrinin olub-olmaması ilə bağlı sualın cavabında isə Kirbi bildirib ki, bunu Moskvadan soruşmaq lazımdır.
Xatırladaq ki, sentyabrın 20-də Rusiyanın Suriyadakı səfirliyinin binasına silahlı müxalifət tərəfindən minaatandan atəş açılıb. Xoşbəxtlikdən, mina səfirliyin ərazisinə düşsə də, yerin dərinliyinə getdiyindən insident xəsarətsiz ötüşüb. Rusiya XİN baş verənlərdə Bəşər Əsədi və onun "sponsorlarını” günahlandırıb. Baxmayaraq ki, Moskva 2011-ci ildən Suriyada baş qaldıran vətəndaş müharibəsi boyunca bu günə kimi Əsəd rejiminin dəstəkçisi rolunda çıxış edir.
Baki-xeber/com