Türkiyənin Van vilayətində növbəti terror aktı törədilib. APA-nın "Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, insident yerli vaxtla saat 23.30 radələrində Başkale-Hakkari yolunun 10-cu kilometrliyində baş verib. PKK terrorçuları əvvəlcədən basdırdıqları əldəqayırma partlayıcı qurğuları zirehli avtomobillər yoldan keçərkən işə salıb. Partlayış nəticəsində 13 hərbçi yaralanıb. Yaralı əsgərlər hadisə yerinə gələn təcili yardım maşınları ilə Başkale Dövlət Xəstəxanasına aparılıb. İlkin yardım göstərildikdən sonra hərbçilər helikopterlə Yüzüncü İl Universiteti (YYÜ) Dursun Odabaşı Tibb Mərkəzinə göndərilib.
Terrorçuları zərərsizləşdirmək məqsədi ilə ərazidə genişmiqyaslı əməliyyat başlayıb.