Yunanıstan hökumətinin başçısı Vasilika Tanu-Xristofilu işləri baş nazir – seçkilərin qalibi olmuş SİRİZA partiyasının sədri Aleksis Tsiprasa təhvil verib. Təhvil-təslim mərasimi Maksim sarayında Tsiprasın andiçməsinin ardından gerçəkləşib. Tsipras vəzifəyə ikinci dəfə gəlsə də, rəsmi şəkildə baş nazir postunu birinci dəfədir qəbul edir. Belə ki, yanvar ayında seçkini uduzan "Yeni demokratiya” partiyasının lideri Antonis Samaras ənənəni və siyasi etikanı pozaraq işlərin təhvil verilməsi mərasiminə gəlməmişdi.