ABŞ rəhbərliyindəki mənbə Suriyada hərbi aviasiyanın miqdarı barədə Vaşinqtonda dəqiq məlumatın olduğunu bildirib.Bu barədə France-Presse agentliyi xəbər yayıb. Agentliyə danışan mənbə deyib ki, Latakiya rayonundakı aerodromda Rusiyaya məxsus 28 "qırıcı və bombardmançı” saxlanır. Başqa bir mənbə isə aerodromda 20 döyüş və sərnişin vertolyotunun olduğunu bildirib. Daha əvvəl isə Rusiya hərbçilərinin Suriya üzərinə müşahidə məqsədilə pilotsuz uçuş aparatları buraxdığı barədə informasiya yayılmışdı.
Baki-xeber.com