Almaniyada 91 yaşlı qadın Osvensim hərbi düşərgəsində 260 min insanın ölümündə əli olduğu üçün məhkəmə qarşısına çıxarılıb. Bu barədə baki-xeber.com gazeta.ru saytına istinadla xəbər verir. İstintaq orqanlarının nümayəndəsi Hayns Doylel bəyan edib ki, təqsirləndirilən şəxs hərbi düşərgədə 1944-cü ilin aprel-iyul aylarında radiooperator işləyib. İstintaqın gəldiyi nəticəyə görə, adı çəkilməyən həmin qadın Auşvits-Birkenau ddüşərgəsində qətllərə vasitəçi olub. Ayrıca, hakim dairələr onun məhkəmə qarşısına çıxarılmasına da bir əngəl görmür.
Bundan öncə isə Osvensimdə iki il işləmiş mühafizəçi Reynqold X-nın məhkəmə qarşısına çıxarılacağı barədə xəbərlər yayılmışdı.