"Cənubi Kuril adaları Yaponiya ilə dialiq predmeti deyil”. Belə bir bəyanatla Rusiya xarici işlər naziri Sergey lavrov Yaponiya XİN başçısı Fumio Kisida ilə danışıqlar sonrası mətbuat konfransında çıxış edib. Bu barədə baki-xeber.com TASS-a istinadla xəbər verir.
Lavrov əlavə edib ki, sülh sazişinin növbəti raundu oktyabrın 8-də XİN başçılarının müavinləri səviyyəsində keçiriləcək. Bu məsələnin "sadə bir iş olmadığını” da sözlərinə əlavə edən Rusiya XİN rəhbəri hər iki tərəfdə fikir ayrılıqlarının olduğunu, lakin ölkə liderlərinin göstərişinə əsasən xalqların da dəstəkləyəcəyi çözüm yolunun tapılacağına əmin olduqlarını bildirib. O deyib ki, oktyabrda Yaponiyaya Rusiya baş nazirinin müavini Arkadi Dvorkoviç, noyabrda isə sənaye və ticarət naziri Denis Manturovun səfəri planlaşdırılır. "Oktyabrın əvvəlində Tokioda Məşvərət şurasının sənayenin modernləşdirilməsi üzrə iclası keçiriləcək. Noyabrda isə ticarət nazirinin rəhbərliyilə ticarət missiyasının yaponiyaya səfəri nəzərdə tutulur”- deyə lavrov bildirib. Öz növbəsində, Fumio Kisida Lavrovla danışıqlardan razı qaldığını bəyan edib.