Hacı İbrahim Nehrəmli özünə məxsus Azər-Ross İK kompaniyasını satıb. Bu barədə jurnalistlərə açıqlamasında iş adamı özü bildirib. Qeyd edib ki, hazırda məhkəmə çəkişməsində olan kompaniyanı qohumlarından birinə satıb və ona maddi dəstək də verir.
"Bu kompaniyanın FHN-in strukturlarından biri ilə məhkəmə çəkişməsi var. Söhbət 32 min manatdan gedir və mən əminəm ki, ortadakı anlaşılmazlıq yaxın zamanda çözüləcək”- deyə Hacı İbrahim jurnalistlərə bildirib.