Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, sentyabrın 19-da Yasamal RPİ 29-cu PB və MTN-nin Yasamal rayon şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mübariz Əsədovun X.Mustafayev küçəsindəki evində "Nurçu” dini təriqətini təbliğ etdikləri üçün 85 nəfər saxlanılmışdır. Evə baxış zamanı 3000 ədəd yayılması və təbliği qanunla qadağan edilmiş dini ədəbiyyat aşkar edilərək götürülüb.