Türkiyənin hakkari bölgəsində gərginlik davam edir. Mühafizənin gücləndirildiyi bölgədə dünən axşam saatlarında böyük bir faciənin qarşısı son anda alınıb. Belə ki, Hakkarinin Durankaya bölgəsində Jandarma idarəsi önündə kontrol tələbilə saxladılan minibusdakı PKK-çı yaxalanacağını anlayaraq qaçmaq istəyib. Bu zaman jandarmanın yola maneə atması ilə çıxılmaz duruma düşən PKK-çı maşındakı bombanı partladıb. Nəticədə özü param-parça olub. Partlayışın törədildiyi yerdə 3 metr dərinliyində və 5 metr genişliyində çuxur əmələ gəlib, minibusun parçaları isə yüzlərlə metr aralıya uçub. Bu da maşında 1,5-2 ton bomba olduğunu düşünməyə əsas verib.