Yunanıstanın Midilli adasına keçmək istəyən, içində 46 miqrantın olduğu rezin qayıq batıb. Onlardan 20 nəfərini Yunanıstan sahil mühafizəsi qüvvələri xilas edə bilib. 26 nəfərin tapılması istiqamətində xilasetmə işləri davam edir. Yunan mənbələrinin bildirdiyinə görə, Balıkesirin Ayvalıq rayonundan mindikləri 8 metrlik rezin qayıqla Yunanıstanın Midilli adasına getməyə çalıan qaçqınların çoxu suriyalı olub. Yunanıstanın sahil mühafizə xidməti xilas etdikləri 20 qaçqını getmək niyyətində olduqları Midilli adasına çatdırıb. Axtarışları davam edən 26 nəfərdən isə hələ xəbər yoxdur. Onların axtarışına suda 6 qayıq, havadan isə 3 hərbi helikopter cəlb olunub.