Faciə Misirin Əl-Əriş şəhərindəki əyalət inzibati mərkəzində baş verib. Bu barədə baki-xeber.com RİA "Novosti”yə istinadən xəbər verir. Belə ki, sinay yarımadasının şimalında radikallar Daxili işlər nazirliyinin vətəndaşlıq məsələləri üzrə briqada generalını qətlə yetirib. Bu, son bir neçə gün ərzində artıq iinci belə hadisədir. Belə ki, ötən həftənin cümə axşamı günü Əl-Ərişdə DİN-in mərkəzi təhlükəsizlik idarəsinin generalı güllələnmişdi. Hadisənin məsuliyyətini özünü Sinay yarımadasında İŞİD-in filialı adandıran "Vilayət Sina” qruplaşması öz üzərinə götürmüşdü.
Artıq ikinci həftədir ki, Misir ordusu Sinay yarımadasında "Beyt əl-Makdis” ekstremist qruplaşmasının məhvi istiqamətində genişmiqyaslı xüsusi əməliyyat keçirir. Bu müddət ərzində, Müdafiə nazirliyi mətbuat xidmətinin məlumatına əsasən, 200 nəfərdən artıq radikalı məhv etmək mümkün olub.Ümumiyyətlə isə, Misirin sinay yarımadasının şimalında antiterror əməliyyatı davam edir. Burada ekstremist qruplar məskən salaraq vaxtaşırı hərbçi və polislərə basqın edir. 2013-cü ildə Məhəmməd Mursinin hakimiyyətdən uzaqlaşdırılmasından sonra isə bu basqınlar bir neçə dəfə artıb.