İraq Müdafiə nazirliyindən verilən xəbərə görə, Mosulun azad olunması əməliyyatında iştirak edəcək 90 nəfər ABŞ hərbçisi Ərbilin 70 kilometrliyində yerləşən Mahmur şəhərindəki hərbi kazarmaya gətirilib. Bu barədə baki-xeber.com Anadolu agentliyinə istinadən xəbər verir. İraq parlamentinin müdafiə komitəsinin üzvü Naif Şamari Agentliyin əməkdaşı ilə söhbətində bildirib:”Aldığımız informasiyaya görə, ABŞ hərbçiləri Mosulun yaxınlığında yerləşdirilib. Lakin onların Mosulun azad olunması əməliyyatında iştirakı İraq rəhbərliyinin və Mosul şəhər Şurasının qərarından asılı olacaq”. Şamari xatırladıb ki, daha əvvəl koalisiya qüvvələri və ABŞ-ın azsaylı hərbi birlikləri Mosulun Rabia şəhərində yerləşdirilib. "Bu dəstələr İraq hökumətinin yaradacağı birləşmiş qüvvələrin komandanlığı altında olacaq. Mosulun azad olunması əməliyyatları üzrə hazırlıq davam edir. Düşünmürəm ki, biz nədəsə ciddi şəkildə yubanırıq”- deyə o bildirib.