Tacikistan Baş prokurorluğu İslami dirçəliş partiyasının 13 fəalı barəsində cinayət işi açıb. Bu barədə baki-xeber.com RİA”Novosti”-yə istinadən bildirir. Baş prokurorluqdan Agentliyə verilən xəbərdə qeyd olunur ki, həmin şəxslərin eks nazir müavini Nazarzodanın qanunsuz qrupaşmasına bağlı olduğu faktlarla sübuta yetirilib. "ibtidai istintaqın gedişində, həmin 13 nəfərlə yanaşı, partiyanın sədr müavinləri Səidumar Hüseyni, Vahidxon Kosiddinov və Məhmədəli Haitin də günahları sübua yetirilib və onlar barəsində Tacikistan Cinayət məcəlləsinin azı 3 maddəsilə cinayət işinin açılması gözlənir”- deyə verilən açıqlamada bildirilir. Eyni zamanda, sözügedən partiyanın terrorçu-ekstremist qruplaşmalrın siyahısına salınması məsələsi də gündəm mövzusudur. Bundan əlavə, Tacikistan DİN partiyanın sədri Mühiddin Kəbirinin İnterpol xəttilə axtarışa verilməsi üçün də sənədlərin hazırlanasına başlanıb. Kəbirinin ölkədə mart ayında keçirilən parlament seçkilərindən sonra ölkəni tərk etdiyi bildirilir.
Xatırladaq ki, 4 sentyabr tarixində milis işçilərinə iki hücum həyata keçirmiş, nəticədə 9 milis işçisi ömüş, daha 10 nəfəri yaralanmışdı. Hakimiyyət bu hücumların məsuliyyətini silahlı qruplaşmaya başçılıq edən eks nazir müavini Abdulxalm Nazarzadonun üzərinə qoyub. Rəsmi məlumata görə, general boyük miqdarda silah-sursat ələ keçirərək onları Düşənbədən 3 "KamAZ”la çıxarıb. Dərhal yaradılan əməliyyat qrupu 12 günlük mübarizə nəticəsində qruplaşmanın 27 üzvünü məhv edib, 139 nəfər isə tutularaq barələrində 100 cinayət işi açılıb.
Əməliyyatın gedişində 12 nəfər hərbçi və assayış keşikçisi həlak olub, 10 nəfərdən artiq şəxs yaralanıb.