Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Əl-Əksa” məscidi ətrafında baş verən gərginliyi müzakirə etmək məqsədilə Qətər əmiri Şeyx Temim bin Həməd Əs-Sani ilə telefon əlaqəsi saxlayıb. Prezident administrasiyasından AA-ya verilən xəbərə görə, ikitərəfli telefon müzakirəsində İsrailin Harami-Şərifə qarşı hüquqazidd əməlləri qınanıb və bu, müsəlmanlığa qarşı fəaliyyət kimi qiymətləndirilib.
Liderlər problem ətrafında digər ölkə rəhbərlərilə apardıqları fikir mübadilələri ilə bağlı bir-birini məlumatlandırıb və müqəddəs "Əl-Əksa” məscidi ilə bağlı İsraiin hərəkətlərini yolverilməz adlandıraraq islam dünyasını məscidin müdafiəsinə səsləyib.
Türkiyə prezidenti və Qətər əmiri sonda beynəlxalq aləmin İsrailin qanunazidd əməllərinə etirazının önəmini vurğulayıb.
Baki-xeber.com