ABŞ-ın eks dövlət katibi prezident kürsüsü uğrunda yarışmada rəqibi Donald Trampa bu maraqlı çağırışnı onun seçicilərilə növbəti görüşündən sonra edib. Belə ki, görüş zamanı seçicilərdən biri Barak Obamanın müsəlman (?) olduğunu xatırladıb və Obamanı prezident kürsüsündə əvəzləyərsə, Trampın müsəlmanlara hansı münasibət göstərəcəyilə maraqlanıb. Burada xanım Klintonun xoşuna gəlməyən məsələ isə o olub ki, Tramp seçicinin səhvini düzəldərək Obamanın xristian olduğunu onun diqqətinə çatdırmayıb. Xanım Klinton buna görə Donald Trampın üzr istəməli olduğunu düşünür.
Baki-xeber.com