İsrail HHQ, Fələstinin raket zərbəsinə cavab olaraq, Qəzzanın şimal bölgəsinə 3 aviazərbə endirib. Bu barədə İsrailin "Haaretz " qəzeti xəbər yayıb.
Xatırladaq ki, dünən Fələstin tərəfi İsrailə iki raket atıb, biri yol kənarında park edimiş avtobusa xəsarət yetirib. Bununla bağlı xəbərdə əsas hədəfin 24 min əhalisi olan Sderot şəhəri olduğu, lakin xoşbəxtlikdən heç kəsin xəsarət almadığı bildirilirdi. Digər raketin hədəfi Aşkelon şəhəri olsa da, İsrailin PRO sisteminin onu tutması səbəbindən dinc əhaliyə xətər toxunmayıb.