Bu gün Fələstin silahlıları Qəzza bölgəsindən İsrailin cənubuna raket atıb, nəticədə yoı kənarında park edilmiş avtobusa ziyan dəyib. Bu barədə İsrail polisi açıqlama yayıb. Xəbərə görə, hədəf Sderot şəhəri olub.
Buna qədər də İsrail barış şərtlərinin pozulmazı hallarına Qəzza bölgəsindəki obyektlərə aviazərbələr endirməklə cavab verib. Bugünkü atəşə isə fələstinlilərin kütləvi aksiyası səbəb olub. Aksiya əhəmiyyətinə görə İslamın üçüncü müqəddəs məkanı sayılan Əl-Əksa məscidi ətrafında baş verən hadisələrə etiraz əlaməti olaraq keçirilib.