Azərbaycanda müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara inzibati həbs və inzibati cərimə toxunulmazlığı aradan qaldırıla bilər. Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı "Hərbi qulluqçuların statusu haqqında” qanuna dəyişiklik təklif edilir.
Dəyişikliyə əsasən, qanunun 30-cu maddəsindən "Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına inzibati həbs və inzibati cərimə tətbiq edilə bilməz” cümlələri çıxarılır. Onun əvəzinə "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada inzibati məsuliyyət daşıyırlar” cümləsi əlavə olunur. Dəyişikliyin hərbi rütbəsindən və hərbi vəzifəsindən asılı olmayaraq bütün hərbi qulluqçulara şamil olunduğu bildirilir.