Təhlükəsizlik Şurası bəyan edib ki, müsəlan ziyarətçilər də təhlükənin, zorun və provokasiyaların olmadığı bir dünyada ibadət edə bilməlidir. Sözügedən bəyanat ötən həftənin sonunda İsrail polisi ilə ərəb gəncləri arasında baş verən və hələ də davam edən qarşıdurmanın nəticəsi olaraq səsləndirilib. Təhlükəsizlik Şurası provokasiyalardan çəkinməyə və müqəddəs Haram yüksəkliyi ilə bağlı tarixi status-kvonun saxlanmasına çağırıb.
"Təhlükəsizlik Şurası Qüdsdə artan gərginlikdən ciddi narahatlıq ifadə edərək, xüsusilə Əl-Haram əş-Şərif kompleksi ətrafında yaşananlardan təəssüfünü bildirir”- deyə BMT TŞ-nin dünən yayımlanan bəyanatında bildirilir. Bəyanatın mətnini daha əvvəl İordaniya təklif edib, son günlər ərzində isə mətnin razılaşdırılması yönündə məsləhətləşmələr aparılıb.
Qeyd edək ki, ötən həftənin sonundan etibarən istər müsəlmanların, istərsə də yəhudilərin müqəddəs bildiyi Qüdsün Haram yüksəkliyi tarixi mərkəzi ətrafında İsrail polis ilə ərəb gəncləri arasında toqquşmalar davam edir. Ərəblər israil hökumətini obyektin status-kvosunu dəyişməkdə qınayır, belə ki, hazırda orada müsəlmanların ibadət etməsinə icazə verilmir. Polis isə reydlərini Əl-Əksa və Qübbət əs-Səhra məscidləri ətrafında baş verənlərin burada da yaşanmaması üçün təhlükəsizlik tədbirlərilə izah edir.