Cümə axşamı günü, 05 noyabr 2026
     

İran şahını devirməkdə ikinci xidməti olan şəxs Bakıya gəlib

Image


Bu gün Qafqaz Müsəlmanları İdarəsində (QMİ) QMİ-nin dəvəti ilə Azərbaycanda səfərdə olan İran İslam Respublikasının tanınmış din xadimi, mərceyi-təqlid alimi, Ayətullahül-üzma Şeyx Hüseyn Nuri Həmədaninin iştirakı ilə konfrans keçirilib.

Trend xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib ki, bir müctəhidin Azərbaycana gəlişi bizim tariximizdə bizə nəsib olmayan bir nemətdir: "Hələ Azərbaycan torpağına ayətullahül-üzma, müctəhid gəlməyib. Sovet dövründə biz onları oğrun-oğrun öyrənərdik. Amma bir müctəhidin bizim dövrümüzdə gəlməsi, bizləri ziyarət etməsi olmamışdı. Bu gün bizə böyük nemət qismət olub. Müstəqillikdən sonra ilk dəfədir ki, Azərbaycana müctəhid, ayətullahül-üzma gəlib. 92 yaşı olmasına baxmayaraq, böyük əziyyət çəkərək Azərbaycana gəlib. Bu səfər Azərbaycan tarixində qalacaq. Bu bir yol oldu, cığır oldu. Onu Şeyx Həmədani açdı. Arzu edirəm ki, bundan sonra digər müctəhidlər də Azərbaycana gələcəklər".

Şeyxülislam Azərbaycan və İran arasında münasibətlərin daha da inkişaf etməsini istədiyini deyib.

Şeyx Həmədani haqqında qısa məlumat verən QMİ sədrinin sözlərinə görə, o, İranda Xomeynidən sonra şahın hakimiyyətdən getməsində xidməti olan şəxslərdən biridir. Şeyx Həmədani vətənindən dəfələrlə uzaqlaşdırılıb, amma əqidəsindən əl çəkməyib: "O, birinci müctəhiddir ki, Azərbaycanda Qarabağ şəhidlərinin ruhuna, Qarabağ torpaqlarının azad olunması üçün dualar edib".

Konfransda çıxış edən İranın Azərbaycandakı Mədəniyyət Mərkəzinin sədri Seyid Əli Ocaqnecadın fikrincə, bu gün Azərbaycan xalqının yaddaşından heç zaman çıxmayacaq: "Ona görə ki, bu gün möhtərəm, hörmətli alimin, müctəhidin və mərceyi-təqlidin qarşısında oturmuşuq və bir müctəhidlə görüş keçiririk".

O, qeyd edib ki, elm gözəldir və İslam insanları daim elm öyrənməyə təkid edir: "Azərbaycan torpağında da həmişə böyük elm adamları, müctəhidlər yetişib, yaşayıb. Məsələn, ayətullahül-üzma Şeyx Əbdulqəni Badi-Kubeyi, Şeyx Hüseyn Ramanayi, Şeyx Mirəbdülqəni Badi-Kubeyi, Şeyx Məhəmməd Lənkərani, Şeyx Mirsüleyman Salyani və b. Azərbaycan alimlərini saysaq, bir kitab olar. Azərbaycan həmişə müctəhidlərlə ünsiyyətdə olub. Lakin müstəqil olandan sonra Azərbaycana ilk dəfədir ki, bura böyük İslam alimi təşrif buyurur. Hamınızın gözəl tanıdığı rəhmətlik Şeyx Fazil Lənkərani də ağanın şagirdlərindən olub. Əlbəttə ki, belə bir alimin, özü də müctəhidin Azərbaycana gəlişi çox əlamətdardır".

Mədəniyyət Mərkəzinin sədri vurğulayıb ki, Şeyx Həmədaninin bir çox sahələrə aid elmi kitablarının Azərbaycan dilinə tərcümə olunması planlaşdırılır.

Din xadimi bildirib ki, Qarabağ qədim Azərbaycan torpağıdır və arzu edirəm ki, tez bir zamanda işğaldan azad olunsun.

Onun sözlərinə görə, qədim tarixə malik Azərbaycanda olmağından çox şaddır: "Məni bu ölkəyə dəvət etdiklərinə görə, Azərbaycan Prezidentinə, Şeyxulislam Allahşükür Paşazadəyə təşəkkür edirəm. İslam dini bərabərlik dinidir. Mən Azərbaycanda bu bərabərliyi bir daha gördüm. İndiki dövrdə müsəlmanların vəhdəti hər zamankından daha mühüm əhəmiyyət kəsb edir. Quranın da hökmüdür ki, müsəlmanlar qeyri-din qarşısında sərt, bir-birilə isə möhkəm vəhdətə və birliyə malik olmalıdırlar. Allaha şükür edirəm ki, səfərimdə bu məqsədə nail olmuşam".

O qeyd edib ki, bu gün ən mühüm məsələ müsəlmanların vəhdətinə nail olmaqdır. Azərbaycana səfərimdən də məqsəd vəhdət məsələsini möhkəmləndirmək, nəticəyə nail olmaqdır. Azərbaycana gələ bilməsini özü üçün Allahın böyük lütfü hesab edən müctəhid konfransda Azərbaycan ruhanilərinə və İslam alimlərinə bəzi tövsiyələrini çatdırıb: "Ruhaniyyəti, dini öyrənənlər əsas məsələləri diqqətdə saxlayıb təhsillərində lazımi uğur əldə etməlidirlər. Tələbələr bilməlidir ki, bizim peşəmiz ən şərəfli və bərəkətli peşədir. Biz peşəmizdə fəaliyyətə başlamazdan öncə onun nə qədər əhəmiyyətli olduğunu anlamalıyıq. Döyüşə, cihada gedən şəxs hazırlıq görməli, silahdan necə istifadə edə bilməsi ilə bağlı məşq etməlidir. Eləcə də din xadimi elmə sahib olmalı, özünü buna hazırlamalıdır. Ruhaniyyət üçün ilk əsas məsələ ixlas, səmimiyyətdir. Yəni işini Allah naminə, onun razılığını əldə etmək üçün həyata keçirməlisən".

Müctəhid əlavə edib ki, digər mühüm məsələlər iradə və planlarla bağlıdır: "İkinci əsas məsələ, güclü iradə, əzmkarlıqdır. Tələbə az dərs oxumaqla, az elmlə kifayətlənməməlidir. Böyük alimlər kimi böyük iradəyə malik olub elmi dərindən öyrənməlidir. Üçüncü əsas məsələ isə odur ki, iradədən əlavə, ciddi planları olsun. Yəni bu məsələyə həlledici məsələ kimi baxsınlar. Bu yol çalışqanların yoludur, tənbəllərin yolu deyil. Tənbəl insan bu yolda məqsədinə çata bilməz".

İslam aliminin fikrincə, dördüncü əsas məsələ nizam-intizam, planlı-məqsədli olmaqdır: "Bu məsələ tələbələr üçün xüsusi önəm daşıyır. Hər bir nizam-intizamlı şəxs müvəffəqiyyətlidir. Nizam-intizamsız şəxs uğursuzdur. Həzrəti Əli (ə.s) da buyurub ki, işlərinizdə nizam-intizamlı olun".

Mərceyi-təqlid bildirib ki, beşinci əsas məsələ təbələnin yazısının və nitq qabiliyyətinin rəvan olmasıdır: "Güclü yazıya və danışığa malik olmaq üçün ədəbiyyat və dilçiliyi bilmək vacibdir. Mən bu məsələnin üzərində xüsusilə təkidlə dayanıram".

Onun sözlərinə görə, tələbələr həm də gecələr ibadət etmələrini özlərinə adət etməlidirlər: "Hər bir tələbənin gün ərzində vaxtı olmalıdır ki, Allah-təala ilə gizli söhbət etsin. Mən də tövsiyə edirəm ki, ruhaniyyətə başlayan tələbələr özlərini gecə namazına adət etdirsinlər. Gecə namazı alimlərə əzəmət gətirir".



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ