Cümə günü, 06 noyabr 2026
     

Tarixi “UPA mübahisəsi” Polşa ilə Ukrayna arasında ipləri qopardı – Varşava Kiyevin Aİ-yə üzvlüyünü bloklayacaq...

Image


Zelenskinin İkinci Dünya Müharibəsi zamanı minlərlə polyakı qətlə yetirən Ukrayna Üsyançı Ordusunun (UPA) adını bir hərbi hissəyə vermək qərarı Polşa ilə Ukrayna arasında ciddi diplomatik böhrana səbəb olub.

Ukrayna Prezidentinin qərarına sərt reaksiya verən Polşa Prezidenti Karol Navrotski, Zelenskini 2023-cü ildə ona verilən ölkənin ən yüksək dövlət mükafatı olan "Ağ Qartal" oredinindən məhrum edilməsi qərarına gəlib. Bu qərar ölkələr arasında gərginliyi daha da artırıb.

Prezident Navrotski bildirib ki, Polşa cəmiyyətinin böyük əksəriyyəti üçün UPA, ilk növbədə, İkinci Dünya Müharibəsi zamanı Polşa vətəndaşlarına qarşı törədilən vəhşi cinayətlərə görə məsuliyyət daşıyan bir təşkilat kimi qəbul edilir: “Buna görə də, Ukrayna hakimiyyətinin UPA-nı yüksəltmək qərarı təkcə ifrat deyil, həm də anlaşılmaz və dərin məyusedicidir. Bu, təkcə tarixi yaddaşımıza xələl gətirmir, həm də illər ərzində və son aylarda qurulan etimadı sarsıdır”.

Rusiyanın 2022-ci ildə başlatdığı müharibədən sonra ölkəyə qəbul edilən yüz minlərlə ukraynalı qaçqına toxunan Navrotski bildirib ki, polşalılar sərhədlərini, evlərini və ürəklərini milyonlarla ukraynalıya açdılar: “Ukraynanın Avropaya doğru irəliləməsi həm də öz tarixinin çətin fəsilləri ilə vicdanla üzləşməsini də tələb edir. Vahid Avropa totalitarizmin rədd edilməsi və zorakılıq mədəniyyəti rədd edilməsi üzərində qurulub. Bu prinsiplər hər kəsə şamil edilməlidir. Bunu anlamayanların Avropa Birliyində yeri yoxdur və Polşa buna qətiyyən icazə verməyəcək".

Polşanın Baş naziri Donald Tusk isə sosial media paylaşımında bu mübahisənin Rusiya Prezidenti Putini "məmnun etdiyini" bildirib və Zelenski ilə Navrotskini "gərginliyi alovlandırmaq əvəzinə, onu azaltmağa" çağırıb.

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa isə Polşa Prezidentinin qərarını "strateji səhv" adlandırıb. "Polşa tərəfinin həll yolu axtarmaq əvəzinə, bu münaqişəni qəbuledilməz və uyğunsuz səviyyəyə qaldırmaq qərarına gəlməsindən təəssüflənirik. Başqa bir ölkənin prezidenti tariximizi bizə diktə edə bilməz" – deyə Sibiqa bildirib.

Polşa prezidenti Navrotskinin Zelenskini ölkənin ən yüksək dövlət mükafatı olan "Ağ Qartal" ordenindən məhrum etməsindən sonra Ukraynanın xarici işlər naziri Sibiqa, Ukrayna Prezident Administrasiyasının rəhbəri Kirilo Budanov və ölkənin Polşadakı səfiri Vasil Bondar Polşanın verdiyi dövlət mükafatlarından imtina ediblər.

Ukraynanın Polşadakı səfiri Zelenskinin mükafatdan məhrum edilməsi qərarını tarixi ədalətsizlik adlandırıb. Buna baxmayaraq Bondar xüsusilə vurğulayıb ki, Ukrayna və Polşa risksiz, müdafiə və Avropaya inteqrasiya sahələrində ümumi maraqlarla birləşən yaxın dost olaraq qalırlar.

Ukraynada bir çox insan 1940-1950-ci illərdə mövcud olan Ukrayna Üsyançı Ordusunu (UPA) Sovet Qırmızı Ordusuna, Nasist Almaniyasına və Polşaya qarşı müstəqillik uğrunda mübarizə aparmış qəhrəmanlar kimi görür. Lakin Polşa UPA-nı 1943-1945-ci illər arasında Volıniyada (indiki Ukraynadakı Volın) etnik polyaklara qarşı soyqırım törətməkdə ittiham edir. Varşava Volın qırğınlarında təxminən 100 min polyakın öldürüldüyünü iddia edir. Ukrayna üçün isə UPA müqavimət və müstəqillik uğrunda mübarizənin simvolu kimi qəbul edilir. Qrupun qırmızı-qara bayrağı bu gün Ukrayna qoşunları tərəfindən cəbhədə tez-tez istifadə olunur.

Bir müddət əvvəl isə Zelenski "milli ordunun tarixi ənənələrini dirçəltmək məqsədi ilə" bir hərbi hissəyə UPA-nın adını verəcəyini açıqlamışdı.

Kiyevlə Varşava arasında diplomatik böhran Aİ-yə üzv olmaq istəyən Ukraynanın bu həftə Lüksemburqda keçirilən üzvlük danışıqlarının birinci mərhələsində iştirak etdiyi bir vaxtda təsadüf edir.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ