Birbank sistemindən mobil nömrələrə ödəniş edilməsində problem yaranıb. Problemlə üzləşən vətəndaşlar baki-xeber.com-a bildiriblər ki, mobil Birbank ödəmə sistemindən mobil nömrələrə ödəniş etmək olmur. Bu xidmət bu gün səhər tezdən işləmir, çöküb. Amma digər xidmətlər üzrə ödəniş etmək mümkündür, problem yalnız mobil telefon nömrələrinə ödəniş edilməsində yaşanır. Mobil Birbank tətbiqindən telefonlara ödəniş etmək istərkən gördüyünüz bu foto alınır. Bununla bağlı Birbank isə ictimaiyyətlə hər hansı bir məlumat verməyib. Sistemdə nə baş verir, niyə mobil nömrələrə ödəniş etmək olmur? Yaşanan problemin səbəbini və nə zaman aradan qalxacağını öyrəmək üçün "Birbank"a sorğu göndərmişik, amma hələ ki, cavab ala bilməmişik.
İRADƏ