İranın ABŞ-ın sazişi pozması və İsrailin Livanın cənubuna hücumlarına cavab olaraq Hörmüz boğazını bağladıqlarını açıqladıqdan sonra ABŞ "boğazın gəmi trafiki üçün açıq qaldığı" mesajını paylaşıb.
"Bu gün 55 kommersiya gəmisinin beynəlxalq su yolundan təhlükəsiz keçidi təmin edilib. Bu gəmilər qlobal bazarlara çoxlu miqdarda yük və 17 milyon bareldən çox neft daşıyıb" – deyə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) X sosial media hesabında paylaşılan məlumatında bildirilir.
ABŞ ordusu əlavə edib ki, təhlükəsiz keçidin davam etməsini təmin etmək üçün regiondakı missiyasını davam etdirir.
Bu arada, İranın boğazın dəniz nəqliyyatı üçün bağlandığını elan etməsindən sonra İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Dəniz Qüvvələri Komandanlığı gəmilərə Hörmüz boğazından keçməmələri barədə xəbərdarlıq edib.
Xəbərdarlıqda gəmilərin Hörmüz boğazına yaxınlaşmaması bildirilir, əks halda gəmilərin təhlükəsizliyinin təhlükəyə altına düşəcəyi bildirilir.
Tahir TAĞIYEV