Bu gün ABŞ-ın vitse-prezidenti C.D. Vens İran nümayəndələri ilə keçirilməsi planlaşdırılan danışıqlarda iştirak etmək üçün İsveçrəyə səfər edib. Cenevrəyə uçmazdan əvvəl jurnalistlərə açıqlama verən ABŞ vitse-prezidenti danışıqlarda iki əsas məsələnin müzakirə olunacağını bildirib. Onun sözlərinə görə, əsas diqqət İranın nüvə proqramına və Livanda atəşkəsin qorunmasına yönələcək. Vens qeyd edib ki, mediada yayılan məlumatlara baxmayaraq, Livandakı vəziyyət müəyyən qədər yaxşılaşıb və gərginlik nisbətən azalıb. Məlumatı "Iranintl" yayıb.
İRADƏ