Bu gün İranın ali rəhbərinə bağlı olan radikal"Keyhan" qəzetinin baş redaktoru Hüseyn Şəriətmədari yenidən Bəhreynlə bağlı açıqlamalar verib. O, qəzetdə dərc olunan yazısında Bəhreynin vaxtilə İranın tərkib hissəsi olduğunu iddia edərək, Məhəmməd Rza şahın dövründə Böyük Britaniya və ABŞ-nin dəstəyi ilə İrandan ayrıldığını bildirib. Şəriətmədari ABŞ-nin Beşinci Donanmasının və İsrail qüvvələrinin Bəhreyndə mövcudluğunu tənqid edərək, Bəhreyn xalqının özünü iranlı hesab etdiyini və dəfələrlə İrana qoşulmaq istədiyini yazıb. O, İran hakimiyyətinin "Bəhreyn xalqının bu istəyinə laqeyd qalmamalı olduğunu" vurğulayaraq, İslam Respublikasının Bəhreyn xalqını mövcud hakimiyyətin əlindən "xilas etməli olduğunu" qeyd edib.
İRADƏ