Böyük Britaniyanın Baş naziri Keir Starmerin bazar ertəsi istefasını elan edəcəyi güman edilr. Bu barədə Britaniyanın "The Observer" nəşri öz mənbələrinə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, Starmer artıq öz partiyasında dəstəyi olmadığı üçün vəzifəsinin davam etdirilməsinin mümkün olmadığı qənaətinə gəlib. Eyni zamanda, Starmerin hakimiyyət boşluğu yaratmaq əvəzinə, vəzifədən getməsi üçün cədvəl açıqlayacağı gözlənilir. Onun bu qənaətə hökumət nazirləri, müşavirləri, donorları və həmkarlar ittifaqı liderləri ilə bir sıra söhbətlərdən sonra gəldiyini yazan nəşr qeyd edir ki, Baş nazir son qərarı verməzdən əvvəl həftəsonu rəsmi ölkə iqamətgahı olan Chequersdə həyat yoldaşı ilə bu məsələni müzakirə edir. Lakin Leyborist Partiyasının yüksək vəzifəli rəsmiləri onun gələcəyi ilə bağlı dəqiq bir açıqlamanın bazar ertəsi günü veriləcəyini gözləyirlər. Xatırladaq ki, Müdafiə naziri Con Gili Starmeri və onun hökumətini artan təhlükəsizlik təhdidlərinin aradan qaldırılması üçün lazım olan maliyyəni təmin etməməkdə günahlandırıb.
SAMİRƏ