Avropa İttifaqının (Aİ) müdafiə və kosmos üzrə komissarı Andrius Kubilius Ukraynadakı münaqişənin həlli ilə bağlı Rusiya ilə gələcək danışıqlar üçün E5 adlı yeni bir formatın yaradılmasını təklif edib.
TASS-ın məlumatına görə, bu format Almaniya, Fransa, Böyük Britaniya, Polşa və İtaliyanın Moskva ilə məsləhətləşmələrdə iştirakını nəzərdə tutur.
Kubilius iddia edir ki, bu format yalnız Almaniya, Fransa və Böyük Britaniyadan ibarət "Avropa üçlüyü" modelindən daha təsirli olacaq. Aİ Komissarı həmçinin bu beş ölkənin iştirakı ilə Avropa Təhlükəsizlik Şurasının yaradılmasını da təklif edib.
Kubiliusun sözlərinə görə, gələcəkdə digər Avropa İttifaqı ölkələri də Rusiya ilə danışıqlara qoşula bilər. Komissar hesab edir ki, hazırkı dövr səmərəli diplomatik əlaqələr üçün əlverişli fürsət yaradır.
Tahir TAĞIYEV