ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff İranla yekun sülh sazişinin təfərrüatlarını müzakirə etmək üçün İsveçrəyə səfər edib. Bu barədə “CNN” amerikalı yüksək rütbəli rəsmi şəxsə istinadən yazır.
Mənbənin məlumatına görə, İsveçrədə ABŞ-la İran arasında yekun sülh sazişinin təfərrüatlarını dəqiqləşdirmək üçün danışıqların yeni raundu baş tutacaq.
Danışıqlarda Uitkoffa Trampın kürəkəni Cared Kuşner də qoşulacaq. Görüşlərin konkret olaraq nə vaxt baş tutacağı hələlik məlum deyil.
Bundan əvvəl məlumat yayıldı ki, iyunun 19-da İsveçrədə keçirilməsi planlaşdırılan ABŞ və İran arasındakı ilk “texniki” danışıqlar son anda ləğv edilib. Bunun səbəbi kimi İsraillə İranın dəstəklədiyi Livanın “Hizbullah” qruplaşması arasındakı yeni qarşıdurma göstərilirdi.
Tahir TAĞIYEV