Ukrayna Prezidenti Volodimir Zelenski ilə hərbi və maliyyə yardımı ilə bağlı gərginliklər səbəbindən tez-tez diqqət mərkəzində olan ABŞ prezidenti Donald Tramp bu dəfə diplomatik etiketdən kənara çıxan "Mən Ukraynanın böyük pərəstişkarı deyiləm. Qadınlarından başqa. Onlar daim "Kainat Gözəli" müsabiqəsində qalib gəlirlər” sözləri ilə diqqət mərkəzinə gəlib. Məsələ burasındadır ki, Donald Tramp "Miss Universe" Təşkilatının (buraya "Miss Universe", "Miss USA" və "Miss Teen USA" müsabiqələri daxildir) sahibi olub. 1996-cı ildə təşkilatın hüquqlarının bir hissəsini satın alaraq və sonra NBC-nin payını əldə edərək Tramp müsabiqənin yeganə sahibi olub. 2015-ci ilin sentyabrında o, bütün təşkilatı əyləncə şirkəti WME/IMG-yə satıb.
Siyasi arenada stereotipləri qıran və hər açıqlaması ilə qlobal müzakirələrə səbəb olan ABŞ prezidentinin bu açıqlaması da artıq diplomatik dairələrdə və sosial mediada yeni mübahisələrə səbəb olub.
SAMİRƏ