ABŞ hökuməti Syriya prezidenti Bəşər Əsədi "İslam dövləti”nə qarşı mübarizədə özünün partnyoru saymır. Baki-xeber.com-un RİA "Novosti”yə istinadən xəbərinə görə, bu barədə Dövlət Departamentinin rəsmisi Con Kirbi bildirib. "Biz çoxdan deyirik ki, Əsəd rejimi özünün legitimliyini itirib və bizim mövqeyimiz də dəyişib. Biz artıq ona anti-İŞİD əməliyyatlarında partnyor kimi baxmırıq”- deyə o, jurnalistlərin Putinin antiterror koalisiyasında Suriyanın iştirakının vacibliyi barədə fikrini şərh etmək xahişinə cavabında bildirib.
Qeyd edək ki, daha öncə Putin Misir prezidenti Abdel Fəttah əl-Sisi ilə apardığı danışıqların ardından keçirdiyi mətbuat konfransında antiterror əməliyyatlarında Suriyanın iştirak etməsinin vacibliyi barədə fikir səsləndirmişdi.