Amerikanın WDBJ7 telekanalının iki əməkdaşını milyonların gözü qarşısında qətlə yetirən Vester Flanagan hospitalda dünyasını dəyişib. Baki-xeber.com-un daha əvvəl Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Flanaqan polisdən qaçarkən vəziyyətin çıxılmazlığını anlayıb özünə atəş açmış, ağır yaralansa da ölməmişdi. Qətldən dərhal sonra o, özünün tvitter səhifəsinə atdığı tvitdə qurbanı Elison Parkeri rasizmdə günahlandırmağa imkan tapıb. Bunun ardınca isə köhnə iş yerinə aşağıdakı məzmunda faks göndərib:”Bugünkü hadisə mənim Çarlstonda kilsədəki atışmaya reaksiyam idi”.
Qeyd edək ki, mərhum jurnalistlər qətl anında yerli ticarət mərkəzlərindən birində tamamilə neytral bir mövzuda – bizneslə bağlı çəkiliçdə olublar.