Şimali Afrika ölkələrindən qaçan 50 nəfərin cəsədi Liviya sahillərində qayıqda aşkarlanıb. Bu barədə baki-xeber.com RİA "Novosti”yə istinadən bildirir. Xəbərə görə, İtaliya istiqamətində üzən həmin qayıqda 400 nəfər qaçqın da olub. Sözügedən 50 nəfərin ölüm səbəbi hələlik bəlli deyil. Xilasetmə əməliyyatını Avropa İttifaqının "Triton” əməliyyatında iştirak edən İsveç gəmisi "Poseydon” həyata keçirib. Xilas edilmiş qaçqınların hansı limana aparılacağı bəlli deyil.
"Triton” əməliyyatının avqustda açıqlanan hesabatına görə, 2015-ci ilin ilk 6 ayinda Aİ ərazisinə 340 min miqrant axın edib. Ötən ilin eyni dövründə bu say 123,5 min, bütün 2014-cü il ərzində isə 280 min nəfər təşkil edib. Şimali Afrika və Yaxın Şərq ölkələrindən qaçanların əksəriyyəti İtaliya və Yunanıstana pənah aparıb.