ABŞ-ın Virciniya ştatında CBS kanalının canlı efirində iki jurnalistin öldürülməsində polis onların keşmiş kolleqalarından şübhələnir. Bu barədə baki-xeber.com lenta.ru saytına istinadən xəbər verir. Virciniya ştatının qubernatoru Terri MakAllif bu barədə şübhələrini açıqlayıb. Verilən xəbərə görə, Moneta şəhərinin ətraflarında cinayətkarın axtarışlarına başlanıb. Şəhərin məktəbləri xüsusi rejimdə işləyir. Müəllim və şagirdlərə sinif otaqlarını tərk etməmək tövsiyə olunub. Telekanal ehtimal olunan caninin şəklini tvitterdə yerləşdirib. Bu, Vester Lu Flanaqandır. Tamaşaçılar isə onu Brays Uilyams kimi tanıyır.
Xatırladaq ki, ABŞ-da birbaşa efirdə jurnalist və operator güllələnib. Cinayət hadisəsi bu gün səhər saatlarında ABŞ-ın Virciniya ştatınnın Moneta şəhərində baş verib. Hadisə anında verilişin aparıcısı qonağa bizneslə bağlı sual verib. Bu zaman 24 yaşlı aparıcı Elison Parker və verilişin operatoru, 27 yaşlı Adam Uorld güllələnib.
ATƏT-in mətbuat azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç Amerika hökumətindən caninin tapılaraq layiqincə cəzalandırılmasını istəyib. Hadisədən dərhal sonra internetdə yayılan faciənin videosunda cinayətkarın operatoru vurarkən kadra düşdüyü görünüb. Az sonra cinayəti törədən şəxsin özünü də güllələdiyi bəlli olub.