Dünən – 25 avqust tarixində Kamatkanın Klyuçevsk təbii parkına gələn bir qrup fransız turist faciə ilə üzləşib. Bu barədə baki-xeber.com TASS xəbər agentliyinə istinadən bildirir. Fransa vətəndaşı olan bir qadın Ust-Kamçatsk rayonunun Klyuçi qəsəbəsindən Kozırevsk qəsəbəsinə gedərkən hansısa səbəbdən ləngiyib və qrupdan aralı düşüb. Bu zaman onun qarşısına ayı çıxıb və qadına bir neçə zərbə edirib. Üzündən ciddi zədə alan turist qadını kəllə sümüyü və çənə sümüyünün sınığı, ayağının çıxığı diaqnozu ilə təcili yerli xəstəxanaya çatdırıblar. Bu gün səhər isə 29 yaşlı turist vertolyotla Petropavlovsk-Kamçatska aparılıb. Onun vəziyyəti stabil ağır olaraq qiymətləndirilir.
Qeyd edək ki, bu il bu regionda ayı pəncəsindən yalniz iki nəfər xəsarət alıb və onların ikisi də sağ qalıb. Bundan sonra hazırda yarımadada populyasiya nəticəsində sayı 21 minə çatan yırtıcılardan bir neçəsi öldürülüb.