İsveçrədə şou göstərən iki yüngül mühərrikli təyyarə toqquşub. Baki-xeber.com-un Ria "Novosti”yəistinadən xəbərinə görə, insident ölkənin şimal-qərbindəki Dittinhen kommuasında baş verib. Yerli "20 Minuten” nəşrinin xəbərinə görə, toqquşma havada düzülüş zamanı baş verib. Belə ki, təyyarələrdən biri arxadan digərilə toqquşub və nəticədə hər ikisi yerə çaıpılıb. Pilotardan biri vaxtında katapult edə bildiyindən sağ qalıb, digəri haqqında heç bir informasiya yoxdur. Yalnız bir nəfərin həyatını itirməsi ilə bağlı xəbər var, lakin bunun pilot, yoxsa tamaşaçı olduğu bəlli deyil.
.