Ötən gecə Qara dənizin Gürcüstan sahilində yağan güclü yağış sahil şəhərləri Batumi və Potidə ciddi problemlərə yol açıb. Baki-xeber.com-un "İnterfaks”a istinadən xəbərinə görə, Batumidə binaların birinci mərtəbələrini su basıb, küçələrdən sel kimi axan su nəqliyyatın hərəkətini iflic edib. Gecə ərzində Batuminin yanğın-təhlükəsizlik xidmətinə 90-dan çox çağırış daxil olub. Yerli xilasetmə xidmətinin bütün qüvvələri səfərbər olsa da, Tiflis və Kutaisidən əlavə qüvvələrin cəlb olunmasına ehtiyac yaranıb.
Analoji vəziyyət Potidə də yaşanıb. Binaların birinci mərtəbələrini su basıb, mərkəzi küçələr keçilməz hala gəlib. Üstəlik yarımstnsiyalardan birini ildırım vuruğundan şəhər əhalisi elektriksiz qalıb.
Hazırda hər iki şəhərdə aramsız leysan davam edir.