Petro Poroşenko Ukraynanın suverenliyinin 24 illiyi münasibətilə düzənlənən tədbirdəki çıxışında Yeni Rusiya ideyasını mifik Mordorla müqayisə edib. Poroşenko çıxışında əmin edib ki, Ukrayna özünün hərbi gücünü artıracaq və böhran dövrü artıq arxada qalıb. Bu barədə baki-xeber.com Rusiya KİV-nə istinadən xəbər verir.
Özünün təntənəli bayram çıxışında Ukrayna prezidenti Donetsk və Luqansk "Xalq respublikalarına” da diqqət çəkib və Rusiyanı "aqressor” adlandırıb. Onun Yeni Rusiya (Novorossiya) ideyasını isə yazıçı Talkinin "Mordor ölkəsi” əsərindəki mifik ölkə ilə müqayisə edib.