Artıq xəbər verdiyimiz kimi, bu günlərdə İŞİD bir aydan çoxdur nəzarətində saxladığı Palmirada Baalşamin məbədini dağıdıb. Bu gün isə internetdə məbədin dağıdılmasını əks etdirən fotolar yerləşdirilib. Bu barədə baki-xeber.com TASS-a istinadən xəbər verir. Fotolarda məbədin partladılması anı, partlayışdan sonra əmələ gələn dağıntılar məbədin yerlə yeksan edildiyindən xəbər verir.
Xatırladaq ki, Baalşamin məbədi 131-ci ildə inşa olunub. Finikiyanın şimşək və məhsuldarlıq Allahına ithaf olunan məbəd BMT-nin təhsil, elm və mədəniyyət sahələri üzrə qeyri-maddi irs siyahısına daxil edilmişdi.