Suriya prezidenti Bəşər Əsəd Rusiyaya yüksək inam ifadə edib. Onun sözlərinə görə, bu ölkə Suriya rəhbərliyinin mövqeyini dəstəkləməklə özünün dost münasibətini sərgiləyib. Əsəd onu da bildirib ki, Suriya böhranı dövründə Rusiya özünün möhkəm iradəsini ortaya qoyub. Bu barədə baki-xeber.com RİA "Novosti”-yə istinadən bildirir. "Dəməşqin Rusiyaya inamı yüksək olaraq qalır, çünki bu ölkə Suriya böhranı dövründə özünün qəti mövqeyini və dəstəyini göstərib”- deyə Əsəd Livan telekanalı "Əl-Manar”a müsahibəsində bildirib. Suriya prezidenti onu da qeyd edib ki, Rusiya heç bir halda suriyalıların öz aralarında dialoq qurmasına əngəl olmayıb, ölkə isə yalnız dialoq yolu ilə sabitlik əldə edə bilər