İraq ordusu Anbar əyalətinin Cbar strateji rayonunu İŞİD-in əlindən alııb. Bu rayonda Amerika təlimatçılarının İraq hərbçi və könüllülərinə təlim keçdiyi Ayn-əl-Əsəd hərbi bazası yerləşir. Bu barədə baki-xeber.com RİA "Novosti”yə istinadən məlumat verir. "Birləşmiş qüvvələr Hit dairəsindəki Cbat rayonunu azad etməyi bacardı”- deyə xalq ordusunun nümayəndəsi ərəb dilində yayımlanan "Sava” Amerika radiostansiyasına açıqlamasında bildirib.
Cbat rayonu İraq ordusunun əlinə iyul ayında da keçib, lakin İŞİD onu yenidən almağı bacarmışdı. Anbar əyaləti qərbdən Suriya və İordaniya ilə həmsərhəddir. Əyalətin iri şəhərləri Əl-Fəllucə və Əl-Ramadi 2014-cü ilin əvvəlində ilk olaraq İŞİD-in əlinə keçmişdi. İndiyə kimi əyalətin üçdə ikisi terrorçuların nəzarətində qalmaqda davam edir.